2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda 832 yeni seçki məntəqəsi yaradılıb

MSK rəsmisi qeyd edib ki, bununla ölkədə seçki məntəqələrinin ümumi sayı 6 274-ə çatıb

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda 103 seçki dairəsində 832 yeni seçki məntəqəsi yaradılıb.

Bu barədə iyulun 26-da Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov qurumun iclasında bildirib.

MSK rəsmisi qeyd edib ki, bununla ölkədə seçki məntəqələrinin ümumi sayı 6 274-ə çatıb.

Rövzət Qasımov habelə bildirib ki, seçki məntəqələri üzrə ən azı 50, ən çoxu 1500 seçici ola bilər.

Azərbaycanda seçki dairələrinin sayı isə dəyişməz qalır- 125.

İclasda dairə sərhədlərinin müəyyən edilməsi məsələsi də müzakirə olunub.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, burada müəyyən maraqların toqquşması, yeni məntəqələrin yaradılması ilə bağlı problemlər ola bilər:

“Yeni yaradılan hansısa məntəqəyə görə, əhalini həmin seçki məntəqəsində səs verməyə məcbur etmək olmaz. Ona görə hansı yerlərdə problem olma ehtimalı varsa, dairə sərhədlərinin müəyyən edilməsinə oradan başlamaq lazımdır. Elə etmək lazmdır ki, dairələrin sərhədlərinə toxunulmasın”.

Daha sonra seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə Komissiyanın yeni tərkibi müəyyənləşib.

Bundan bir müddət öncə MSK ölkədə seçici sayını da açıqlamışdı. MSK-nın son məlumata görə, ölkədə səsvermə hüququ olan 6 milyon 402 min civarında şəxs var. 2020-ci ildə MSK bu sayın 5 milyon 329 min 460 nəfər olduğunu bildirmişdi.

Halbuki, son iki ildə əhali artımı bundan dəfələrlə az olub.

MSK-nın seçicilərinin say ilə bağlı statistikası Dövlət Statistika Komitəsinin ölkədə 18 yaşından yuxarı şəxslərin sayı ilə bağlı açıqladığı raqəmlə də üst-üstə düşmür.

Seçki ekspertləri bunu tənqid etsələr də, hər iki qurum özünü haqlı sayır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button