24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Azərbaycanda 911 min 353 nəfər “buster” doza ilə peyvənd olunub

Bakı/01.12.21 Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1795 yoluxma faktı qeydə alınıb, 1967 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 590 min 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 556 min 716 nəfər müalicə olunaraq sağalıb, 7 min 884 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 min 513 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 565, bu günə qədər isə ümumilikdə 5 milyon 551 min 849 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günədək vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 567 min 919, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 83 min 530, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 573 min 36 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 911 min 353 nəfər təşkil edir.

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button