2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanda benzin bahalaşıb

Yayımlandı: 13 İyul 2022 00:46

“Aİ-95” premiumun qiyməti 2 manata yüksəlib

Azərbaycanda “Aİ-95″ premium markalı benzinin qiyməti bahalaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qiymət 1 manat 60 qəpikdən 2 manata yüksəlib.

Benzinin bu növündə hər dəfə qiymət artımı olanda SOCAR bildirir ki, “Premium” və “Super” markalı benzin Azərbaycana başqa ölkələrdən gətirilir. Odur ki, qiymət beynəlxalq bazardakı qiymətlərdən asılı olaraq dəyişir.

“Premium” markalı benzin ən son 2021-ci ilin sentyabrında bahalaşıb.

Həmin vaxt qiymət 1 manat 45 qəpikdən 1 manat 60 qəpiyə yüksəlib.

2021-ci ildə Azərbaycan xaricdən 50 min tondan çox “Premium” (Aİ-95) markalı benzin idxal edib.

Aİ-95 və Aİ-98 markalı benzin növlərinin ümumi istehlakda payları təxminən 2 faiz civarındadır.

Bu növlərə tələbin aşağı olmasının səbəbi kimi Azərbaycanda avtoparkın yaşlı olması göstərilir.

Sonuncu açıqlanan rəsmi məlumata görə, Azərbaycandakı avtomobillərin 77 faizinin istismar müddəti 10 ildən çoxdur.

5 ilədək yaşı olan avtomobillər ölkə üzrə avtomobil parkının cəmi 4 faizini təşkil edir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button