Now Reading:
Azərbaycanda bu banklara məxsus 12 maşın satıldı – Açıq hərracda

Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası yanvarın 16-da Əmanətlərin Sığortalanması Fondunun sifarişinə əsasən ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

Fonddan verilən məlumata görə, keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansında olan 1 ədəd “Mercedes-815” yük avtomobili, 1 ədəd “Fiat Doblo Cargo”, 3 ədəd “Mitsubishi Lancer”, 4 ədəd “Hyundai Accent” minik avtomobilləri və 1 ədəd embosser “Matica Z9” satılıb.

Həmçinin ləğv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1 ədəd “Mitsubishi Pajero”, 1 ədəd “Ford Focus” minik avtomobilləri, 1 ədəd HCM (bank avadanlığı) və 1(bir) ədəd embosser “Matica Z3” satılıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.