Loading...
Loading...
Xəbərlər

Azərbaycanda buğdaya 5 illik subsidiya tətbiq olunacaq

Sənəddə deyilir ki, məqsəd qlobal ərzaq bazarında baş verən proseslər nəzərə alınmaqla ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsidir.

Azərbaycanda ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.

Bu haqda prezident İlham Əliyevin iyulun 19-da imzaladığı fərmanda deyilir.

Məhsul subsidiyası Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış, ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin istehsal etdiyi, Dövlət Ehtiyatları Agentliyinə, dəyirmanlara təhvil verilən ərzaqlıq buğdaya tətbiq olunacaq.

Fərmana əsasən hökumət ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyənləşdirəcək. Bu, 2022-ci ildə avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək müəyyən edilməlidir.

Sənəddə deyilir ki, məqsəd qlobal ərzaq bazarında baş verən proseslər nəzərə alınmaqla ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsidir.

Bu il fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra dünyada buğda böhranı yaşanır.

UkraynaRusiya dünyanın ən böyük buğda istehsalçılarındandır. Müharibənin başlaması buğda ehtiyatının sifarişçilərə çatdırılmasına imkan vermir.

Buna görə də qiymət durmadan bahalanmaqdadır, bəzi hesablamalara görə qiymət 750 dəfə bahalanıb.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Gazprom-la İran 40 milyard dollarlıq enerji sazişi imzalayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button