ÖLKƏ

Azərbaycanda bütün ailələrdə bu 3 ƏŞYA VAR


Azərbaycanda uzun müddət istifadə edilən 3 əşyaya bütün
evlərdə rast gəlmək olar.
Bunlar televizor, mobil telefon soyuducudur.

 

Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, orta hesabla hər 100 ailəyə 111
televizor, 206 mobil telefon və 102 soyuducu düşür.

Tozsoran ailələrin 94 faizində, planşet 87 faizində,
paltaryuyan 82 faizində, peyk antennası 77 faizində var. Ailələrin 66,5 faizi
internetə girə bilir, onların 25,5 faizində noutbuk, 18 faizində fərdi kompüter
mövcuddur.

 

Uzun müddət istifadə edilən əşyalar arasında ən az
təsadüf edilənləri motosikl (0,6 faiz), qabyuyan maşın (2,2 faiz), videokamera
(2,8 faiz), böyüklər üçün velosipeddir (3,3 faiz).

 

Vasif

Sfera.az




24 saat

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button