Loading...
Loading...
SEÇMƏ

Azərbaycanda dərman vasitələrinin qiyməti artdı

Yayımlandı: 27 İyul 2022 13:59

Son dəyişiklik: 27 İyul 2022 15:06

Dərmanların qiyməti çeşidindən asılı olaraq orta hesabla 10-15% civarında bahalaşıb”

Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası dərman vasitələrinin qiymətini artırıb. Qərar avqustun 1-dən qüvvəyə minir.

Sənəddə bildirilir ki, “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq dərmanların topdan və apteklərdə pərakəndə satış qiymətləri və onların qüvvəyə minmə tarixləri tənzimlənir.

Dərmanlar ölkəyə özəl sektorda çalışan şirkətlər tərəfindən gətirilsə də, qiymətlər dövlət tərəfindən tənzimlənir. İqtisadçılar bunun doğru olmadığı qənaətindədir.

İqtisadçı Samir Əliyev öz “Facebook” hesabından qiymət artımına münasibət bildirərək yazıb ki, dərmanların qiyməti çeşidindən asılı olaraq orta hesabla 10-15% civarında bahalaşıb:

“Elə dərmanlar var ki, daha çox bahalaşıb. Məsələn, “Medoklav” dərmanının qiyməti 46 faiz artaraq 72 manata yüksəlib. Bundan başqa, siyahıya yeni dərman növləri daxil edilib. Məsələn, yeni daxil edilmiş “Oraltek Monovalent” dərmanının qiyməti 807.28 manat olacaq”.

Bir gün əvvəl isə Tarif (qiymət) Şurası bəyan edib ki, benzin (Aİ-92) və dizelin pərakəndə satış qiymətinin bahalaşması nəzərdə tutulmur.

Samir Əliyev. Mənbə: Meydan TV

Samir Əliyev deyir ki, bu qərar istehsalçının gəlirlərinin azalmasını, təchizatçı və pərakəndə satıcıların gəlirlərinin isə artmasını nəzərdə tutur:

“Belə ki, avqust ayının 1-dən sonra Aİ-92 benzini satan istehsalçının qazancı hər ton üçün 6 manat azaldığı halda, təchizatçının qazancı hər ton üçün 2 manat, yanacaqdoldurma məntəqələrinin qazancı isə hər ton üçün 8 manat artacaq. Qərara əsasən, Aİ-92 benzinin hər tonunun istehsalı qiyməti 695,75 AZN-dən 689,78 AZN-ə düşüb, təhizatçının qazancı isə 18 AZN-dən 20 AZN-ə yüksəlib”.

İqtisadçının sözlərinə görə, dizel yanacağı üzrə də analoji vəziyyətdir. “Yeganə olaraq istehsalçı dizeli 7,2 AZN ucuz, yəni 574,69 manata satmalı olacaq”, – Samir Əliyev deyib.

Meydan TV

Gözdən qaçırmayın:  “Bulaq suyunu əlimizdən alıb, bizə zəhərli su verirlər”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button