Cəmiyyət

Azərbaycanda daha 611 nəfər koronavirusa yoluxub

Bakı/11.10.21 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 611 yeni yoluxma faktı qeydə alınıb, 638 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 492 790 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 661 nəfər müalicə olunaraq sağalıb, 6 677 nəfər vəfat edib. 12 452 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 575 test icra olunub.

Son sutkada koronavirus  əleyhinə 511 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 997 289, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 889 404, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 107 885 təşkil edir.-0-

 

 

Mənbə:Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button