Now Reading:
Azərbaycanda dollar və avro bahalaşdı

Azərbaycanda dollar və avro bahalaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın yanvarın 17-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 16-ı ilə müqayisədə 1% bahalaşaraq 1,8045 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8959 manatdan 1,9201 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0300 manatdan 0,0302 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4754 manatdan 0,4756 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1495 manatdan 2,1795 manatadək artıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6589 manatdan 0,6739 manatadək bahalaşıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.