Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Azərbaycanda dollara tələbat niyə artır?

Dünən, mayın 11-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankdan verilən məlumata görə, hərracda tələb 40.6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Dollara tələb bundan əvvəl – mayın 5-də keçirilən hərracla müqayisədə 31.8 faiz artıb.

Bir həftə ərzində dollara tələb niyə 30 faizdən çox artıb? Adlarının çəkilməsini istəməyən bəzi yerli sakinlər də bildirirlər ki, Rusiyada ticarətlə məşğul olan bir çox Azərbaycan vətəndaşlarına Bakıda və ölkənin bir sıra bölgələrində yaşayan yaxınları dollar əldə etməkdə dəstək verirlər.

“Dünyada baş verən inflyasiya…”

Mərkəzi Bankdan, hələlik, Azərbaycanda dollara tələbin artması ilə bağlı suala cavab almaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev “Turan”a deyib ki, hərracda valyutaya tələbatın artması dünyada gedən proseslərlə əlaqəli ola bilər: “Bu, dünyada baş verən inflyasiya, eyni zamanda, logistikanın kifayət qədər dağılması ilə bağlı ola bilər”.

O qeyd edib ki, Azərbaycan idxaldan müəyyən mənada asılıdır və bir çox məhsullar ölkəyə gətirilir: “Həmin mallara isə dünyada qiymət artımı var. Digər tərəfdən də, ölkələr artıq çalışırlar ki, bir çox əmtəələrin qıtlığının yaranmaması üçün əvvəlcədən tədbir görsünlər, ölkəyə daha çox zəruri malların gətirilməsini təmin etsinlər. Çox güman ki, hərracdakı dollara tələbat bununla bağlı ola bilər”.

“Əsas faktor idxal məhsullarının qiymətində artımdır”

İşadamı Nazim Bəydəmirli də AzadlıqRadiosuna bildirib ki, burada əsas faktor idxal məhsullarının qiymətində artımdır: “Bundan əlavə, gömrük orqanlarının bəyannamə qiymətini artırması əslində idxalla məşğul olan Azərbaycan sahibkarlarının və şirkətlərinin xərclərini artırır. Onlar da adekvat olaraq daha çox valyuta almağa məcbur olurlar”.

Onun sözlərinə görə, eyni zamanda, xarici valyutada borcu olan bankların ödəmələrinin vaxtı çatır: “Amma daha çox ağırlıq qiymət artımı ilə bağlıdır”.

Dollara tələb artmaqda davam edir

Bu gün, mayın 12-də də hərracda dollara tələbat artmaqda davam edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) yayılan xəbərə görə, hərracda tələb 45.5 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (11 may 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 12 faiz artıb.

24 saat” “Azərbaycanda dollara tələbat niyə artır?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Rusiyanın su qiymətinə satılan nefti - Hələlik satılan...

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun