Loading...
Loading...
İqtisadiyyat

Azərbaycanda e-ticarət tarixi maksimumları yeniləməkdə davam edir

2021-ci ilin iyul ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 481 mln. manat həcmində ödəniş həyata keçirilib. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir. Bundan əvvəlki rekord iyun ayında qeydə alınmışdı – 446 mln. manat.

Bu göstərici iyun ayı ilə müqayisədə 7,8%, ötən ilin iyul ayı ilə müqayisədə isə 53,7% artıb. E-ticarətdə aparılan ödənişlərin məbləği bank kartları ilə həyata keçirilən ümumi nağdsız ödənişlərin əsas payını təşkil edib – 54,6%.

Qeyd edək ki, cari ilin ilk yeddi ayında əhali bank kartları vasitəsilə elektron ticarətdə 2,773 mlrd. manatlıq ödəniş edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,1% çoxdur.

APA

Instagram

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Müharibə buğda bazarını da vurdu - Tarixi bahalaşma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button