2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradılıb

Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılıb.

Prezident İlham Əliyev bununla bağlı bugün, iyulun 28-də “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən elm sahəsində dövlət siyasətinin, tənzimlənmənin həyata keçirilməsi, elmi qurumların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər bu nazirliyə həvalə edilib.

Habelə bu nazirliyin yanında aşağıdakı agentliklər yaradılıb:

“Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi”

Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Həmçinin, AMEA-nın tərkibində olan muzeylər Mədəniyyət Nazirliyinə verilib.

AMEA-nın yeni nizamnaməsi hazırlanacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni nizamnaməsi hazırlanacaq.

Bu, prezident İlham Əliyevin bugün, iyulun 28-də imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim edəcək.

Xatırladaq ki, bu fərmanla Elm və Təhsil Nazirliyi yaradılıb, AMEA-nın bir sıra institutları, elmi müəssisə və təşkilatları bu nazirliyin tabeliyinə verilib. O cümlədən 3 muzey Mədəniyyət Nazirliyinin tebeliyinə keçib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button