2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanda hərbi qulluqçunun həlak olduğu bildirilir

Yayımlandı: 2 İyul 2022 18:27

Son dəyişiklik: 2 İyul 2022 19:45

Nurlan Ağamalıyevin texniki qəza zamanı öldüyü deyilir

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət qulluqçusu Nurlan Ağamalıyevin öldüyü bildirilir.

İyulun 2-də səhər saatlarında baş vermiş texniki qəza nəticəsində həlak olduğu deyilən Nurlan Ağamalıyev Bakı qarnizonunda xidmət edirmiş.

“Report.az” yazır ki, Sumqayıt Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib:

“Eyni zamanda, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib”.

Foto: Telegram

“Əsgərin ölümü ilə bağlı Sumqayıt Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb”.

Bildirilir ki, hadisə ilə bağlı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Cəlilabad rayonunda doğulan Nurlan Ağamalıyevin 6 ay əvvəl hərbi xidmətə çağrıldığı qeyd edilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button