Now Reading:
“Azərbaycanda hakimiyyət dəyişməlidir” – VİDEO

Vladimir Jirinovski: “MDB ölkələrinin əksəriyyətində 30-40 ildir hakimiyyətlər dəyişmir”

Rusiya Liberal-Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Vladimir Jirinovski keçirdiyi mətbuat konfransında azərbaycanlı jurnalist Anna Usanovanın suallarına cavab verib.

Jurnalist Azərbaycanda 11 aprel növbədənkənar prezident seçkilərini xatırladaraq sual edib ki, artıq rəsmi Bakı qərbdən təzyiqlərlə üzləşir. Qərb bu təzyiqlər zamanı hansı siyasi texnologiyalardan istifadə edir?

Vladimir Jirinovski: “Hakimiyyət dəyişməlidir. Baltikyanı respublikalar istisna olmaqla, bütün MDB ölkələrinin əksəriyyətində 30-40 ildir hakimiyyətlər dəyişmir, belə olmaz axı. Standartlara keçmək lazımdır, iki müddətdən artıq prezident olmağa ehtiyac yoxdur, üçüncü müddət olmamalıdır. Eyni zamanda, 5 il müddət, bu prezidentə də, qubernatora da, şəhər merinə də aiddir. Yalnız bu satandart olsa, korrupsiyanın qarşısını almaq olar”.

“Rusiyada müxtəlif millətlərin diaspor təşkilatları fəaliyyət göstərir, o cümlədən, azərbaycanlıların. Siz onların dəstəyini nəzərə alırsınızmı” sualına partiya sədrinin cavabı belə olub:

“Biz Rusiyada səsi olan bütün vətəndaşların səsinə ehtiyac hiss edirik. Amma biz əsasən rus xalqının səsini vacib sayırıq. Biz bütün millətlərin yaxşı yaşamasını istəyirik. Azərbaycanlıların müstəqil dövləti var və harda istəsələr, yaşaya bilirlər. Amma rus xalqı barədə bunu demək olmaz. Onları Ukraynadan, Baltikyanı respublikalardan, Orta Asiyadan, Qazaxıstandan çıxarırlar”.

Rusiyada prezident seçkiləri martın 18-də, Azərbaycanda isə aprelin 11-də keçiriləcək.

 

 

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.