Loading...
Loading...
24 saat

Azərbaycanda “halal” sertifikatı verən qurum dəyişir

Azərbaycanda şirkətlərə “halal” sertifikatını Qida Təhlükəsizliyi Agentliyi verəcək. Bu barədə Foodinfo.az-ın sorğusuna cavab olaraq Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib.

“Hazırda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyinin hüquqi bazası yaradılır. Sahibkarlar “halal” sertifikatı hələ ki, əvvəlki qaydada almağa davam edirlər. Agentliyin hüquqi bazası formalaşdıqdan və tam fəaliyyətə başladıqdan sonra bu sertifikat Qida Təhlükəsizliyi Agentliyi tərəfindən veriləcək”.

Qeyd edək ki, hazırda şikətlərə “halal” sertifikatını “AzeSert Halal” sertifikatlaşdırma orqanı verir.

Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyi Prezident İlham Əliyevin 10 fevral 2017-ci il fərmanı ilə yaradılıb. Agentliyin sədri Qoşqar Təhməzlidir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button