Now Reading:
Azərbaycanda icra başçısı vəfat etdi – dəm qazından boğulduğu deyilir

Azərbaycanda icra başçısı vəfat etdi – dəm qazından boğulduğu deyilir

Azərbaycanda icra başçısı qəfildən ölüb.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov gecə saatlarında vəfat edib. Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova “Report”a açıqlamasında faktı təsdiqləyib.

Məlumata görə, o, Bakı şəhərində yaşadığı evdə dünyasını dəyişib.

Qonçuları Meydan TV-yə bildiriblər ki, Yeni Yasamal 1, bina 2-də yaşayan Rövşən İbrahimov fevralın 25-də dəm qazından ölüb.  Bildiriblər ki, yaşadıqları bina köhnədir, 1990-cı ildə istifadəyə verilib. Ancaq bu vaxtadək bir dəfə də olsun tüstü bacaları təmizlənməyib.

Qeyd edək ki, Rövşən İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

Allah rəhmət eləsin! 

 

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.