Now Reading:
Azərbaycanda ictimai yerdə siqarət çəkənlər 1000 manatadək cərimələnəcək

Azərbaycanda ictimai yerdə siqarət çəkənlər 1000 manatadək cərimələnəcək

Tütün məmulatlarının satışının reklamı qadağan olunur.

“Qafqazinfo” xəbər verir ki, bu məsələ “Tütün və tütün məmulatı haqqında” qanuna nəzərdə tutulan dəyişiklikdə nəzərdə tutulub. Belə ki, tütün məmulatlarının məhdudlaşdırılması ilə bağlı qanunun 20.2 maddəsinə dəyişiklik edilib. Maddəyə edilən dəyişikliyə əsasən tütünün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.
Bundan əlavə olaraq, ictimai yerlərdə siqaret çəkənlər cərimələnəcəklər. Qanunu pozan vəzifəli şəxs 400 manatdan 1000 manatadək cərimələnəcək. Təyyarədə siqaret çəkənlər 100 manat, qatarda 40 manat, metroda siqaret çəkənlər 50 manat, ictimai nəqliyyatda isə siqaret çəkənlər 40-50 manat cərimə olunacaqlar. Müzakirələrdən sonra qanuna dəyişiklik qəbul edilib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.