24saat.org Azərbaycanda iki nəfər etiraz olaraq özünü yandırdı - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Azərbaycanda iki nəfər etiraz olaraq özünü yandırdı

Masallı sakini bank borcunu ödəyə bilmədiyinə görə, Bakıda isə polislə mübahisə edən şəxs etiraz olaraq özünə od vurub

Masallı rayonu, Şərəfə kənd sakini Zeynalov Raqif Əsəd oğlu rayon məhkəməsinin qarşısında özünü yandırıb. Onun banka olan borcuna görə maaşının tam tutulmasına etiraz olaraq bu addımı atdığı bildirilir.

24saat.org xəbər verir ki, bu barədə Günel Mustafayeva adlı Facebook istifadəçisi məlumat paylaşıb. O bildirir ki, vəziyyəti ağır olan Raqif Zeynalov Bakıya yola salınıb. “Raqif Zeynalovun banka borcu olub. Borcunu vaxtında ödəyə bilmədiyi üçün məhkəmə vasitəsi ilə onun hesabından aylıq maaşı tam olaraq tutulub. R.Zeynalov buna etiraz edib və benzinlə özünü yandırıb”.

Azadlıq qəzetinin facebook səhifəsində isə Bakıda polislə mübahisə edən vətəndaşın özünü yandırdığı barədə məlumat verilib: “Sulutəpə qəsəbəsində məskunlaşan məcburi köçkün İslamov Tərlan Arif oğlu ərazidə yerləşən 40-cı polis pölməsinin qarşısında özünə od vurub. Hadisə şahidlərinin bildirdiyinə görə, Tərlan İslamov polis nəfəri ilə mübahisə etdikdən sonra özünü yandırıb. Hazırda onun komada olduğu bildirilir.”


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.