Xəbərlər

Azərbaycanda koronavirusa yoluxma artıb – Meydan.TV

750 nəfərin yeni yoluxduğu bildirilir

İyulun 28-də Azərbaycanda 750 COVID-19 infeksiyasına yoluxma, 134 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, analiz nümunələri müsbət çıxan 3 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 341933 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: “Onlardan 332393 nəfər müalicə olunaraq sağalıb, 5014 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 4526 nəfərdir”.

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11058, ötən müddətdə isə 4003650 testin aparıldığı göstərilib.

İyulun 27-də isə Azərbaycanda 11 895 testin nəticəsində 468 nəfərin COVID-19 infeksiyasına yoluxduğu, 123 nəfərin müalicə olunaraq sağaldığı bildirilirdi. Operativ Qərargah analiz nümunələri müsbət çıxan 2 xəstənin vəfat etdiyini açıqlamışdı.


24 saat” “Azərbaycanda koronavirusa yoluxma artıb – ” başlıqlı yazını “”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button