Loading...
Loading...
Xəbərlər

Azərbaycanda koronavirusdan 16 nəfər vəfat edib

Bakı/22.12.21  Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 648 yeni yoluxma faktı qeydə alınıb, 1365 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 612 205 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 155 nəfər müalicə olunaraq sağalıb, 8 238 nəfər vəfat edib, aktiv xəstə sayı 13 812 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9891, ötən müddət ərzində isə ümumilikdə 5 777 429 test aparılıb.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 125 458, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 147 759, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 649 537, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 328 162 təşkil edir.-0-

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button