Now Reading:
Azərbaycanda mayın 19-dək müşahidə olunacaq hava şəraiti açıqlanıb

“May ayının 19-dək ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir”.

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, növbəti günlərdə günün birinci yarısında, əsasən də dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur: “Havanın temperaturunun tədricən yüksələcəyi gözlənilir. Temperatur Bakıda və Abşeron yarımadasında 23-28, Mərkəzi Aran rayonlarında 25-30, dağlıq ərazilərdə isə 15-18 dərəcə arasında dəyişəcək”.

Mütəxəssis qeyd edib ki, növbəti 3 gündə Azərbaycanda mülayim şərq küləyi əsəcək.

Report

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.