2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

”Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur”

Əhliman Əmiraslanov: “ Elə olur ki, adamlar evlərini satırlar, xarici ölkələrdə müalicə alırlar, amma nəticə olmur”

“Elə xəstəliklər var ki, tibb elmi onun qarşısında acizdir. Belə xəstələrdən isə istifadə etmək vicdansızlıqdır”. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin sentyabrın 25-də keçirilən iclasında belə deyib.

O vurğulayıb ki, bu gün Azərbaycanda müalicəsi mümkün olmayan bir xəstəlik, patologiya yoxdur: “Ölkədə olan bütün texniki imkanlar şərait yaradır ki, bütün xəstəlikləri müalicə edək”.

Ə.Əmiraslanov deyib ki, sadəcə insanlar arasında da düzgün təbliğat aparılmır. “Bəziləri gəlib deyir ki, filan yerdə belə bir dərman var, sənin xəstəliyini sağalda bilər. Bu, tamamilə yalandır. Xəstələri düzgün istiqamətləndirmək lazımdır. Belə xəstəliklərin daşıyıcılarını yanlış istiqamətləndirmək əxlaqsızlıqdır. Elə olur ki, həmin adamlar evlərini satırlar, xarici ölkələrdə müalicə alırlar, amma nəticə olmur. Əvvəllər texnologiyalardan, avadanlıqlardan geri qalırdıq, ancaq bu gün tibb müəssisələrimiz bütün müasir texnologiyalarla təmin olunub.

Saytların yığılması Saytlarin yigilmasi

İcbari tibbi sığortaya keçməyi asanlaşdırmaq üçün qanunvericiliyə dəyişikliklər edilməlidir

Komitə sədri deyib ki, böyük insan tələbatına səbəb olan vərəm xəstəliyi bu gün dünyanı ən çox narahat edən problemdir . Onun sözlərinə görə, bu məsələ Azərbaycanda hər zaman diqqədə saxlanılır: “Həmçinin, şəkərli diabet xəstəliyi dünya ictimaiyyətini narahat edir. Səhiyyə Nazirliyi ilə birgə şəkərli diabetə dair dinləmə keçirməyi planlaşdırırıq” .

Ə.Əmiraslanov deyib ki, icbari tibbi sığortaya keçməyi asanlaşdırmaq üçün qanunvericiliyə dəyişikliklər edilməlidir.

Hazırda icbari tibbi sığora sistemi polit layihə olaraq Mingəçevir, Yevlax və Ağdaşda tətbiq edilir.

Rəşad Mahmudov
Rəşad Mahmudov.

Rəşad Mahmudov: “Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir”

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, ürək cərrahı Rəşad Mahmudov isə deyib ki, Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir. “Təkcə Azərbaycanda deyil, bütün dünyada ürək-damar xəstəlikləri ölümə səbəb olma baxımından birinci sıradadır”.

O, Azərbaycanda ürək-damar xəstəlikləri ilə bağlı xüsusi proqramın yaradılması təklifini irəli sürüb. O bildirib ki, bu məsələdə ciddi maliyyə dəstəyinə ehtiyac var:

“Gecələr təcili tibbi yardımların çağırıldığı statistikalara baxdığımız zaman ən çox problem yaradan hadisələr kəskin infraktlardır. Azərbaycanda kəskin infraktların müalicəsinin aparılması üçün yetəri qədər hüquqi baza var. Xüsusi bir proqramla bu problemin həlli səhiyyə büdcəsi içərisində bəlkə də 1 faizin altında maliyyə gücü ilə bütün ölkədə olan təcili vəziyyətlərin həlli istiqamətində bizə böyük imkanlar verəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button