SEÇMƏ

Azərbaycanda orta məktəbdə 6 şagirdin zəhərləndiyi bildirilir

Yayımlandı: 7 Oktyabr 2022 14:38

Şagirdlərin salatdan zəhərləndiyi deyilir

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin altı nəfər şagirdinin zəhərləndiyi bildirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, hadisə oktyabrın 7-də saat 11:30 radələrində olub.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.

İlkin tibbi yardım göstərildikdən sonra onlardan dördü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir”, – TƏBİB-in mətbuat sözçüsü Zamirə Ədilova deyib.

APA-nın əldə etdiyi məlumata görə, şagirdlər məktəbdə dərs zamanı özlərinin hazırladığı salatdan zəhərləniblər.

Zəhərlənən şagirdlər 2010-cu il təvəllüdlü Əlizadə Yusif Anar oğlu, Babayeva Ayşə Ramin qızı, Paşayeva Nuray Nicat qızı, 2011-ci il təvəllüdlü Bağırov Məhəmməd Mətləb oğlu, Heydərova Zeynəb Seymur qızı və Aslanova Aytac Samir qızıdır.

Meydan TV

Gözdən qaçırmayın:  Hansı ölkələr ədalət sisteminə nə qədər pul ayırır: Azərbaycanın yeri…

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button