Gündəm

Azərbaycanda saytları bloklayan idarənin rəisi dəyişdirildi

Loading...

Faiq Fərmanovun yerinə Şahin Əliyev təyin olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis Faiq Fərmanov vəzifəsindən azad edilib.

Bu barədə “Report” məlumat yayıb.

Bildirilir ki, öz ərizəsi ilə işdən azad olunan Faiq Fərmanovun yerinə Şahin Əliyev təyin edilib.

Şahin Əliyev 1985-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub.

O, 2007-ci ildə Qafqaz Universitetinin Mühəndislik fakültəsinin Kompüter mühəndisliyi ixtisasını bakalavr dərəcəsini bitirib.

2009-cu ildə Azərbaycan Texniki Universitetinin İnformatika və hesablama texnikası fakültəsinin Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasını magistr dərəcəsi və 2014-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə edilməsi fakültəsinin Biznesin təşkili və idarə edilməsi ixtisasını magistr dərəcəsi üzrə təhsil alıb.

Şahin Əliyevin telekommunikasiya sahəsində 14 illik təcrübəyə malik olduğu deyilir.

İdarənin keçmiş rəisi Faiq Fərmanov vəzifədə olduğu zaman Azərbaycanda saytların bloklanması ilə yadda qalıb.

Konkret olaraq, 2018-ci ilin avqust ayında Faiq Fərmanovun imzasıyla “Arqument.az” saytının elektron poçtuna məktub göndərilib.

O, “Laçınlılar icra başçısından narazı olduqlarını deyirlər”, “Rayon sakinləri: “İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır” başlıqlı məqalələrin böhtan, yalan və qərəzli olduğunu qeyd edib.

F.Fərmanov “Kütləvi informasiya vasitələri” haqqında Qanunun 10-cu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.9-cu və 13-2.3.11-ci maddələrinə istinad edərək bildirib ki, böhtan xarakteri daşıyan, yalan və qərəzli məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsinə yol verilməməlidir.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-3-cü maddəsinə uyğun olaraq, 8 saat ərzində müvafiq məlumatlar “www.arqument.az” saytından götürülmədiyi üçün məhkəməyə müraciət edilib.

Faiq Fərmanov ərizəni məhkəməyə təqdim etdikdən sonra, hakim ərizəçinin əsl iddiaçı ilə əvəz olunması haqda qərar qəbul edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button