Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Azərbaycanda siqaret niyə bahalaşır? – ARAŞDIRMA

Son günlər Bakıda bəzi mağazalarda siqaret qıtlığı yaşanır.

Alıcılar hesab edirlər ki, bu, siqaretin yaxın günlərdə bahalaşacağından xəbər verir.

Onların fikrincə, ölkədə tütün məmulatlarının qıtlığı yoxdur, sadəcə mağazalar malları qiymətlər artandan sonra satmaq istəyirlər. Bununla belə, siqaret satışını həyata keçirən mağazalar da var və onlarda qiymətlərin əvvəlki günlərlə müqayisədə təxminən 10 qəpik artdığı müşahidə olunur.

“Həqiqətən, qiymət artımı var”

Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Rövşən Şərifov qiymətlərin az da olsa artdığını etiraf edir. Onun sözlərinə görə, bahalaşma Rusiya-Ukrayna müharibəsi ilə bağlı ola bilər:

Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Rövşən Şərifov qiymətlərin az da olsa artdığını etiraf edir. Onun sözlərinə görə, bahalaşma Rusiya-Ukrayna müharibəsi ilə bağlı ola bilər:

“Müharibə logistikada problemlər yaradıb və tütün ticarətinə təsirini göstərib”.

Bundan başqa, sədr hesab edir ki, siqaret həm də bəzi işbazların fəaliyyəti nəticəsində bahalaşıb:

“Onlar hiss edirlər ki, bazarda hansı siqaret daha çox satılır, buna görə də kütləvi şəkildə həmin məhsulu alıb bazarda qıtlaşdırırlar, daha sonra növbəti partiyada yüksək qiymətlə satışa çıxarırlar”.

“Səbəb müharibədir”

Milli Məclisin üzvü, ölkənin aparıcı siqaret istehsalçısı olan şirkətlərdən birinin vaxtilə sahibi olmuş Rüfət Quliyev də bahalaşmanın səbəbini RusiyaUkrayna arasında gedən müharibədə görür:

“Siqaretin istehsalı üçün 27 komponent lazımdır. Bunların bir çoxu Ukraynadan, bir qismi isə Rusiyadan gətirilir. Təbii ki, müharibə böyük problemlər yaradır. Hazırda Ukraynanın özündə belə, tütün məmulatlarının istehsalında çətinliklər yaranıb. Oradakı zavod və fabriklər normal işləyə bilmir”.

“Bazarda çətinliklər var”

Dünyanın ən məşhur şirkətlərindən birinin Azərbaycandakı nümayəndəliyinin Korporativ əlaqələr və kommunikasiya üzrə meneceri Ayxan Şıxlı isə hesab edir ki, qiymət artımı bazardakı çətinliklərlə bağlıdır və daha çox sünidir:

“Hazırda “Sobranie”, “Winston” və JTİ şirkətinə məxsus digər brendləri lisenziya əsasında “Tabaterra” QSC istehsal edir. Bizim məhsulların istehsalı üçün tələb olunan xammallar Ukraynadakı fabriklərimizdən təchiz olunurdu. Müharibəyə görə mart ayından bəri təchizat regionda yerləşən digər ölkələrdən, əsasən Türkiyədən həyata keçirilməkdədir. Logistika sahəsində çətinliklər yaşanmaqdadır və bu səbəbdən brendlərimizin xammallarının təchizat ölkəsi üzrə dəyişiklik prosesi daha çox vaxt tələb edir. Partnyorumuzla birlikdə təchizat zəncirinin və istehsal prosesinin tam olaraq bərpa edilməsi üçün bütün gücümüzü səfərbər etmişik. Bu o deməkdir ki, yaxın zamanlarda ölkə üzrə JTİ brendlərinin təminatı ilə bağlı çətinlik tam olaraq aradan qaldırılacaq”.

Gözdən qaçırmayın:  Bazarda qiymətlər yanır, alıcı da yoxdur – VİDEO

Xatırladaq ki, bu ilin ilk dörd ayında Azərbaycan xaricdən 12,1 milyon ABŞ dolları dəyərində 828 ton çəkməli tütün (emal olunmuş tərkibində tütün əvəzediciləri olan və ya olmayan) alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə azdır. İdxal mallarının 83%-i Ukraynadan gətirilib.

24 saatAzərbaycanda siqaret niyə bahalaşır? – ARAŞDIRMA” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button