2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycanda siysi məhbus mübahisələri davam edir


Azərbaycanda siyasi məhbus mövzusu uzun illərdir mübahisələndirilir. Bəzi beynəlxalq təşkilatlar, müxalifət, hüquq müdafiəçiləri siyasi məhbusların olduğunu söyləsə də, hakimiyyət təmsilçiləri bunu israrla təkzib edirlər.

Rəsmilər hesab edirlər ki, Azərbaycanda siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər. İyulun 14-də “orduya dəstək” aksiyasından sonra 25-dən çox şəxs ( Onların 20-yə yaxını müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləridir. Həmin şəxslər əmlakı qəsdən məhvetmə və başqa əməllərdə ittiham edilirlər) həbs edilib. Habelə, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu xuliqanlıq ittihamı ilə bu həftə 4 il 3 ay azadlıqdan məhrum edilib.

“Azərbaycanda hazırda 100-dən çox siyasi məhbus var”

Saytların yığılması Saytlarin yigilmasi

AzadliqRadiosunun müraciət etdiyi tərəflərin bu məsələlərə yanaşması haçalanır. Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov Azərbaycanda siyasi məhbus probleminin qaldığını və ölkə üçün yeni problem olmadığını hesab edir. Rəsul Cəfərova görə, Azərbaycanda hazırda 100-dən çox siyasi məhbus var. O, ötən ilin martında əfv sərəncamı ilə çox sayda siyasi məhbusun azadlığa buraxılmasını xatırladaraq əlavə edib ki, sonradan bəzilərinin cəza müddəti bitdiyi üçün azad edilib:

“ Yəni bunların sayəsində siyasi məhbusların sayı xeyli azalsa da, 2018-ci ilin iyulunda Gəncə hadisələrinə ( İcra başçısına sui-qəsd cəhdi oldu və sonra müxtəlif olaylar yaşandı-red) görə həbs olunanlara ötən il hökmlər oxundu. Eyni zamanda, bu ilin mart və iyulunda yeni həbslər oldu. Bütün bunlar siyasi məhbusların sayının artmasında önəmli rol oynadı”

Rəsul Cəfərov bildirib ki, siyasi məhbus probleminin yaxın illərdə həll olunacağı barədə danışmaq çətindir:

“Əlbəttə, həmişə ümidlə yanaşmalıyıq, amma həm də istəməliyik ki, problem həll olunsun. Hər halda zaman göstərəcək”.

Yeri gəlmişkən Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı vahid siyahısı yoxdur. Bəzi hüquq müdafiəçilərinə görə, 100-dən az, bir qisim hüquq müdafiəçilərinin fikrincə isə, əksinə 200-ə yaxın ölkə həbsxanalarında hazırda siyasi məhbus var.

“ Bu günə qədər də siyasi məhbus tərifini tam deyə bilmirlər”

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Məlahət Həsənova isə düşünür ki, siyasi məhbus terminindən Avropa təşkilatları Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

Məlahət Həsənova hesab edir ki, 5-10 il əvvəl Avropa Şurası və başqa Qərb təşkilatlarında siyasi məhbus termininin tərifini verə bilmirdilər:

“ Bu günə qədər də siyasi məhbus tərifini tam deyə bilmirlər. Ümumiyyətlə, söz, ifadə azadlığı, siyasi məhbus kimi fikirlər beynəlxalq güclərin öz maraqlarını həyata keçirmək üçün silahdır”

Məlahət Həsənova fikrini əsaslandırmaq üçün Türkiyə-Yunanıstan münasibətlərindən misal çəkir:

“Türkiyə beynəlxalq hüququn bütün prinsiplərinə əməl etdiyi halda Avropa dövlətləri Yunanıstana dəstək verdilər. Haqlı olan arqument qoymalıdır, amma Qərb dövlətlərinin heç bir arqumenti yox idi və beynəlxalq hüququ yada da salmadılar. Yaxud ABŞ-da Afroamerikalılarla bağlı tez-tez olaylar olur, kim Vaşinqtona irad tuta bilər”

Deputat daha sonra da sözlərinə belə davam edib:

“ Təcavüzkar Ermənistana niyə demirlər ki, işğal etdiyin əraziləri azad et? Ermənistan parlamentin deputatlarını gülləbaran etdilər (Ermənistanda 1999-cu il oktyabrın 27-də parlamentə silahlı basqın olub-red), bəs beynəlxalq təşkilatlar niyə susdu? Bu dövlət bu il 12 iyulda Azərbaycanın dövlət sərhədini pozub ərazilərimizə müdaxilə etdi, niyə dünya ictimaiyyəti susur? Nəhayət, Baş nazir Paşinyanın həyat yoldaşı işğal olunmuş Qarabağda əlində silah hərbi təlimə qatılır və həmsədr dövlətlər də Azərbaycandan problemin sülh yoluyla həllini tələb edirlər”

“Amma Azərbaycanda kimsə “asqıranda” siyasi don geyindirirlər”

M.Həsənovanın fikrincə, amma Azərbaycanda kimsə “asqıranda” siyasi don geyindirirlər:

“ Ona görə də Azərbaycanda kimsə siyasi dünyagörüşünə görə təqib olunmadığından siyasi məhbus da yoxdur”.

“O zaman Tofiq Yaqublu-nun həbsini necə izah edərdiniz” sualına Məlahət Həsənova belə cavab verib?

“Mən məhkəmənin işinə müdaxilə edə bilmərəm. Bu sual məhkəməyə ünvanlamalıdır. Həm də proses haqda dəqiq məlumatım yoxdur. Ancaq onu bilirləm ki, Azərbaycan qanunvericiliyi pozulmasa, kimsə məsuliyyətə cəlb oluna bilməz. Baxın, son vaxtlar hakim partiyadan nə qədər yerli təşkilat sədri, şura üzvü həbs olundu. Əgər həmin adamlar cinayət törədibsə, dövlət əmlakını dağıdıbsa, sadə adamların pulunu mənimsəyibsə, ona bəraət yoxdur. Adamlar partiyanın adını ləkələyibsə, bəraət yoxdur. Hamı qanun qarşısında bərabərdir, xüsusilə hakim partiya üzvləri daha çox məsuliyyət daşıyır, çünki xalq onların iqtidar olmasına səs verib”.

Xatırlatma

Tofiq Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev bu barədə hökm çıxarıb.Elə həmin prosesdə T.Yaqublu aclıq aksiyasına başladığını bəyan edib.

Tofiq Yaqublu bu il martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyi-nin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yaxınlığında T. Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub:

“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

T.Yaqublunun Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunurdu. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button