2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanda trans qadınların problemlərini əks etdirən film beynəlxalq festivalda

Yayımlandı: 27 Sentyabr 2022 13:09

Filmin rejissoru Vüsalə Hacıyeva, produseri isə Durna Səfərovadır

Azərbaycanda trans qadınların ortaq təcrübələri və problemlərini əks etdirən “Dovşan getmək qərarına gəlir” sənədli-eksperimental filmi beynəlxalq festivalda nümayiş olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Sentyabrın 28-də Norveçin Oslo/Fusion Beynəlxalq Film Festivalında (Oslo/Fusion International Film Festival) dünya premyerası olacaq filmin rejissoru Vüsalə Hacıyeva, produseri isə Durna Səfərovadır.

Nümayişdən sonra filmin yaradıcı heyəti ilə Azərbaycanda kuirlərin vəziyyəti barədə müzakirə təşkil ediləcək.

“Filmi çəkməkdə məqsədi ilk olaraq baş verənləri şəxsi zəmində özüm üçün analiz etmək və həyatımın tranzisiyadan sonrakı illərinə kənardan baxa bilmək istəyidir. Reprezentasiya olaraq bizim özümüzün öz hekayəmizi danışması və insanların bu hekayələri bizim dilimizdən eşitməsi mənim üçün vacibdir” -, filmin rejissoru Vüsalə Hacıyeva deyir.

Rejissorluq üzrə təhsil almış Vüsalə Hacıyeva həmçinin şair və bloq yazarıdır.

Azərbaycan dilində translara dair mövzulara fokuslanan ilk platforma olan “Transvisionary”nin həmtəsisçisidir.

“Ev həmişə komfort zonası olmur. Hərdən ev əsl cəhənnəmə çevrilə bilir. Əgər qaldığın məkan, doğma şəhərin və ətrafdakı hər şey sənə diskomfort yaradırsa və son damla olaraq həyatın fiziki təhlükədədirsə, yeganə alternativ qaçmaq olur. Məhz elə bu məni planlaşdırmadığım səyahətə – Tbilisiyə gətirdi. Yeni şəhərdə yeni həyata adaptasiya olmaq, özümlə gətirdiyim problemləri həll etmək və “sonra nə olacaq?” sualına cavab tapmalıyam”, – filmin sinopsisində qeyd olunur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button