Xəbərlər

Azərbaycanda Ukrayna vətəndaşları 3 aydan çox qala bilər

Azərbaycanda Ukrayna vətəndaşları üçün viza rejimi yüngülləşdirilə bilər

Azərbaycanda Ukrayna vətəndaşları üçün viza rejimi yüngülləşdirilə bilər.

Artıq onlar Azərbaycanda 3 aydan çox qala bilərlər.

Azərbaycanın Miqrasiya Xidmətinin məlumatında belə deyilir.

Xidmətdən vurğulanıb ki,Azərbaycan qanunvericiliyinə əsasən, Ukrayna vətəndaşları 90 gün ölkədə qala bilərlər:

“Ukraynada hazırki vəziyyəti nəzərə alaraq, bu ölkənin vətəndaşlarının 90 gün başa çatdıqdan sonra Azərbaycanda qalma müddətlərinin uzadılması haqqında müraciətlərinə baxıla bilər“, – deyə Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Elnur Kələntərov “Turan” Agentliyinə deyib.

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda 10 mindən çox ukraynalı var.

Amma rəsmi rəqəmlər açıqlanmayıb.

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya təcavüz edib. Sonra bu ölkəyə Qərb ölkələrinin sanksiyaları (2014-cü ildə Ukrayna ərazisi olan Krımın ilhaqından sonra Rusiya sanksyalarla üzləşmişdi) genişlənib.

Rusiyanın bir çox bankları SWIFT sistemindən (“Ümumdünya Banklarası Maliyyə Telekommunikasiya Cəmiyyəti” – sərhədlərarası sürətli ödənişləri, beynəlxalq ticarəti mümkün edən təhlükəsiz sistemdir) çıxarılıb.

Azərbaycan isə sanksyalara qoşulmur.

Bu müharibə nəticəsində on minlərlə insanların həlak olduğu, milyonlarla insanın didərgin düşdüyü bildirilir.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Mərkəzi Bank uçot dərəcəsini artırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button