2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda Ukraynaya dəstək mitinqi keçirilib

Bakı/27.02.22 Bu gün, fevralın 27-də yüzlərlə Azərbaycan vətəndaşı, ictimai-siyasi fəallar, ictimaiyyətin nümayəndələri Ukraynanın Azərbaycandakı Səfirliyinin binası qarşısında Ukrayna xalqına dəstək məqsədi ilə mitinqi keçirib. Aksiya ictimai fəallar tərəfindən təşkil eidlib.

Mitinqdə “Ukrayna!”, “Müharibəyə yox!”, “Putin rəd ol!”, “Ukraynaya eşq olsun!”, “Ukrayna xalqı Azərbaycan xalqı sizinlədir!”, “Putin çıx get!”, “Putinsiz Rusiya!”, “Bu Rusiya xalqının müharibəsi deyil, Putinin müharibəsidir!”, “Azərbaycan oyaqdır, Ukraynaya dayaqdır!” və digər şüarlar səsləndirilib.  

Mitinq iştirakçılarının bəyanatında Rusiyanın beynəlxalq hüquq normalarını, ölkələrin ərazi bütövlüyü prinsipini pozaraq Ukraynaya qoşun yeritməsi qətiyyərtlə pislənir.

Saytların yığılması Saytlarin yigilmasi

“Ukraynanın müdasfiəsi uğrunda həlak olanların xatirəsini yad edirik.  Rusiyanın işğalçı qoşunları qeyd-şərtsiz Ukrayna ərazisindən çıxarlmalıdır. Ukraynaya qarşı müharibə qərarı verən Rusiya rəsmilərinin, Putin də daxil olmaqla beynəlxalq hərbi tribunala cəlb edilməsini tələb edirik,” mitinq iştirakçılarının bəyanatında qeyd edilir.

İctimai fəal Aliyə Yaqublu bildirib ki, dünya birliyi Rusiya Krımı işğal edəndə ona qarşı tərdbir görməyib.

“Bundan sonra Rusiya rəhbərliyi risklənərək Ukraynaya qarşı təcavüzkar müharibə etdi. Azərbaycan xalqı Rusiya imperiyasının əməllərindən illıərdi zərər çəkir. Biz xalq olaraq Ukraynanın yanındayıq. Putin beynəlxalq hərbi tribunala cəlb olunmalıdır,” o qeyd edib.

Ukraynanın Azərbaycandakı Səfirliynin nümaqyəndələri mitinqçilərinin qarşısına çıxıb. Səfirliyn nümayəndəsi Oleq Klinçenko aktiv müdafiəyə görə Azərbaycan xalıqına təşəkkür edib.

“Azərbaycan xalqı ilk gündən Ukrayna nxalqının yanındadır. Biz Ukrayna xalqı, Ukrayna Səfirliyi adından Azərbaycan xalqına, Azərbaycan rəhbərliyinə təşəkkür edirik. Azərbaycan xalıq Ukraynanı dəstəkləyir, Azərbaycan dövləti humanitar yardım edir. SOCAR pulsuz yanacaq verir,” o qeyd edib.  

Aksiya insidentsiz keçib, polis müdaxiə etməyib.-03- 

 

24 saat” “Azərbaycanda Ukraynaya dəstək mitinqi keçirilib” başlıqlı yazını “Turan”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button