Loading...
Loading...
Cəmiyyət

Azərbaycanda uşaqların sayı 4 faizə yaxın azalıb – Rəsmi Statistika

Bakı Araşdırmalar İnstitutu rəsmi statistikaya əsaslanaraq bildirir ki, 2005-2021-ci illərdə Azərbaycanda uşaqların (18 yaşa qədər şəxslərin) sayı 3,9 faiz azalıb, uşaqların ümumi əhalidə payı 31,8 faizdən 25,7 faizə düşüb.

Statistikaya görə, 2005-ci ildə uşaqların sayı 2 milyon 719,1 min nəfər olub, 2010-cu ildə 2 milyon 543,4 min nəfərə düşüb.

2015-ci ildə 18 yaşadək şəxslərin sayı 2 milyon 589 min nəfər, 2020-ci ildə 2 milyon 634,6 min nəfər, 2021-ci ildə 2 milyon 613 min nəfər göstərilib.

24 saat” “Azərbaycanda uşaqların sayı 4 faizə yaxın azalıb – Rəsmi Statistika” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Tanınmış jurnalist Rəşad Rüstəmov vəfat edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button