2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Azərbaycanda yeni Mələk İnvestorlar Klubu yaradıldı

ABŞ şirkəti “Technovate İnvestments”in qurucusu Fərid İsmayılzadənin Marja.az-a müsahibə verib. Müsahibədə Fərid İsmayılzadə ‘Technovate Investments’ barəsində məlumatları bölüşüb. Həmin müsahibəni sizlərə təqdim edirik.

Saytların yığılması Saytlarin yigilmasi

    İlk öncə qeyd edək ki, Fərid İsmayılzadə Azərbaycanda fəaliyyət göstərən “GoldenPay” (Hesab.az portalının sahibi) və “eMobile”  şirkətlərinin qurucusudur. O, “GoldenPay” və “eMobile” şirkətlərini satdıqdan sonra ABŞ-a köçmüş, “Technovate İnvestments” şirkətini qurmuş, Azərbaycan və Gürcüstandan olan startaplara investisiya qoyuluşları ilə dəstək olmağa başlamışdır.

    Marja: Fərid müəllim, Amerikada işlər nece gedir?

    Fərid İsmayılzadə: Amerikada işlərin gedişatından razıyam. “Technovate”in portfelində 5 startap var. Bunlardan 4-ü artıq Amerikadadır. Sonuncunun isə bazar araşdırılması bağlı işləri gedir, və bu proses bitən kimi önümüzdəki aylarda onu da Amerikaya aparacayıq.

    Marja: “Amerikaya aparmaq” deyəndə nə nəzərdə tutursunuz?

    Fərid İsmayılzadə: “Technovate Investments”  vençur və ya “startup studio” modeli ilə işləyir. Bu startaplar ilə işləyən inkubator və akselator modelindən fərqli modeldir. Biz qlobal potensiallı və geniş miqyaslı problemlərin həllinə ünvanlanan startapları tapırıq, sonra onlarla birlikdə prototip yaradılana, komanda özünü sübut edənə qədər işləyirik, sonra o startapı şirkət olaraq ABŞ-da qeydiyyata alırıq və onlara əlavə maliyyə tapmasına və tam ayağa durub özü irəliləyə bilənə qədər dəstək oluruq. Bu çox butik və birə-bir yanaşmadır. İnkubator və akselatorlarda isə hər şey şirkətin qurucularından asılı olur. Ona görə də inkubator və akselator modelində startapın uğur qazanma əmsalı qlobal olaraq 4-5 faiz qiymətlərdilirsə vençur studio modelində isə bu rəqəm 40 faizə qədər qalxa bilir. İndi bizim startaplardan 4-ü artıq Amerikada qeydiyyatdan keçib və növbəti illər üçün lazımı vəsaitlər cəlb edib. Hətta biri artıq məhsulunun satışına da başlayır.

    Marja: Bütün startaplar Azərbaycandandırmı?

    Fərid İsmayılzadə: Hamısı yox. Bizim studio-da Gürcüstan startapı da var. İstənilən qlobal potensiallı startapla işləməyi istisna etmirik.

    Marja: Belə çıxır üç ekosistemdə təmsil olunursunuz. Azərbaycan, Gürcüstan və ABŞ. Bunlar arasında fərqlər nədir?

    Fərid İsmayılzadə: Azərbaycanın startap ekosistemi çox yenidir. Burda təkcə dövlətdən hansısa addımların atılması gözlənilməməlidir. Bizdə investor probemi də var, yaxşı ideaların azlığı probelmi də. Gürcüstan ekosistemi bizdən çox öndədir. Ordakı iş adamlarının, startapçıların və dövlətin yanaşması bizimlə müqayisədə daha inkişaf etmişdir. Ümumiyyətlə, hansısa startap ekosistemini inkişaf etdirmək, özü elə startap yanaşması tələb edir. Risk etmək, sürətli olmaq, müxtəlif addımları atmaqdan qorxmamaq lazımdır. Dünyanı dəyişdirmək haqqında düşünən, bunun xəyalını quran, bu yolda vizyonu olan, təmsilən “dəli” insanlara qeyri-ciddi yanaşmaq, onların edə biləcəklərini aşağı qiymətləndirmək bu ekosistemə çox ziyan vurur. Əslində isə belə insanları dəstəkləməli, belə insanların daha çox olması üçün şərait yaradılmalıdır.  ABŞ-da startup ekosistemi isə dünya lideridir. Məncə ABŞ-dan sonra ikinci yerdə gedən ekosistem ABŞ-dan on illiklər qədər geridədir. Bunu rahat şəkildə çoxlu reytinqlərdən görmək olar. Ona görə də biz məhz qlobal lahiyələrimizi həmən ABŞ ekosisteminə inteqrasiya edirik. Ordakı qanunverilicik, imtiyazlar, investorların yanaşması, böyük şirkətlərlə əməkdaşlıq və s. ən yüksək səviyyədədir.

24 saat” “Azərbaycanda yeni Mələk İnvestorlar Klubu yaradıldı” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button