Now Reading:
Azərbaycanda yeni pul nişanı tədavülə buraxıldı

Azərbaycanda yeni pul nişanı tədavülə buraxıldı

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü münasibətilə 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb.

Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilib.

Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31.1 qr. (+ 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir.

Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.

Yubiley pul nişanının ön tərəfində Bakı Dövlət Universitetinin inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, 8 guşəli ulduzlar, milli naxış və ornamentlər təsvir olunub.

Arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi və pul nişanının nominalı təsvir edilib.

Oxu.az

Input your search keywords and press Enter.