Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ baş verib.
6 fevral, 00.17
İlkin məlumatlara əsasən yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11km cənub-qərdbdə İsmayıllı ərazisində yer titrəməsi qeydə alınmışdır.
Təkanlar episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunmuşdur. 24saat.org xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

5 fevral, 23.39
24saat.org xəbər verir ki, yeraltı təkanlar Azərbaycanın bütün bölgələrində hiss edilib. Təqribən 3-4 maqnituda gücündə olan təkanlar müxtəlif bölgələrdə, o cümlədən Bakıda da hiss olunub.
Dövlət Seysmologiya xidməti hələlik heç bir açıqlama verməyib. Xidmətin saytında da təbii fəlakətlə bağlı məlumat yerləşdirilməyib.
Xairici seysmoloji saytlarda olan məlumata görə isə zəlzələ 5 bal gücündə olub. Onun episentrinin Şamaxı şəhəri yaxınlığında olduğu bildirilir.

Maraqlı xəbərlər üçün Az24saat.org saytının
FACEBOOK səhifəsini izləyin
You must log in to post a comment.