Loading...
Loading...
Cəmiyyət

Azərbaycandakı “kommunizmdə” cinayət – Vəzifəli şəxslərə hökm oxundu

İsmayıllı rayonunda yerləşən Azərbaycandakı yeganə kolxoz olan Nikitin adına İvanovka kənd kolxozunun ferma müdirinə və baytar həkiminə cinayət işi açılıb.

Kolxozun fermasına rəhbərlik edən 1957-ci il təvəllüdlü Timofey Uryupin və baytar həkim Cahid İsmayılov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə açılmış işin materialları Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, T.Uryupin 2011-2021-ci illərdə kolxozun qoyunçuluq fermasına rəhbərlik etdiyi dövrdə 1987-ci ildən bəri həmin təsərrüfatda baytar vəzifəsində çalışan Cahid adlı şəxslə əlbir olaraq yüzlərlə qoyunun xəstəlik səbəbindən öldüyünü sənədləşdirərək onları satıb. Belə ki, onların ümumilikdə 530 xırdabuynuzlu heyvanı guya xəstəlik səbəbindən ölməsini sənədləşdirməsi üzə çıxıb və kolxoza ümumilikdə 63 min manat ziyan vurmaları müəyyən edilib.

Nikitin adına kolxoz rəhbərliyinin fermadakı qoyunların sürətlə azalmasını görməsindən sonra hüquq-mühafizə orqanlarına müraciət edilib. İsmayıllı Rayon Prokurorluğunun apardığı araşdırma nəticəsində 530 qoyunun 2020-2021-ci illərdə hepatit, pnevmoniya və qastroentit xəstəliklərindən ölməsinə dair həqiqətə uyğun olmayan diaqnozlar daxil etdirməklə sənədləşdirilərək ələ keçirilməsi sübut olunub.

Faktla bağlı açılmış işə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə həmin şəxslərin kolxoza vurduqları ziyanı ödəmələri bildirilib.

On il fermaya rəhbərlik etmiş T.Uryupinə 2 il 6 ay, C.İsmayılov isə 2 il müddətinə şərti cəza verilib. (Qafqazinfo)

24 saat” “Azərbaycandakı “kommunizmdə” cinayət – Vəzifəli şəxslərə hökm oxundu” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Bakıda gündəmə çevrilən dəbdəbəli toy kimin olub? - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button