Loading...
Loading...
24 saat

Azərbaycandan 120 milyon dollar Almaniyaya gedib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 500 mln. dolları keçib.

Bunu bu gün Bakıda keçirilən Almaniya-Azərbaycan biznes-forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

S.Babayev qeyd edib ki, Azərbaycanla Almaniya arasında birbaşa investisiyaların həcmi 600 mln. dollara bərabərdir: “Almaniyanın Azərbaycanda 200-dən artıq şirkəti qeydiyyatdan keçib. Məndə olan məlumata görə, Almaniyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 460 mln. dollara bərabərdir. Bizim sahibkarlar da sürətlə investisiya yatırır və bu investisiyaların həcmi artıq 120 mln. dollara çatıb”.

 

 

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button