Loading...
Loading...
Xəbərlər

Azərbaycanın əksər rayonlarına qar yağıb

Bakı/14.01.22 Azərbaycanın əksər rayonlarında qar yağıb, bəzi yerlərdə yağıntı intensiv xarakter daşıyıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin 14 yanvar saat 11:00-a olan məlumatında deyilir.

qar  örtüyünün hündürlüyü Xınalıqda 22 santimetr, Sarıbaşda (Qax) 21 santimetr, Ağdərədə (Ordubad) 20 santimetr olub. Gədəbəy -19 santimetr, Qrız- 15 santimetr, Xaltan – 12 santimetr, Daşkəsən, Naxçıvan -10 santimetr, Altıağac -8 santimetr, Şahbuz – 7 santimetr, Göygöl- 6 santimetr, Qusar – 4 santimetr, Quba, Qobustan, Kiş çayı (Şəki) 3 santimetr, Qəbələ, Kəlvəz -1 santimetr.

Regionlarda şimal-qərb küləyinin sürəti 28 metr/saniyə, Bakı və Abşeronda 27 metr/saniyəyə çatıb.

Abşeron dəniz regionunda külək 25 metr/saniyəyə qədər güclənib.

“Neft Daşları”nda dalğanın hündürlüyü 5,2 metrə çatıb-05D06-.

 

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun