2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanın 3 hərbçisinin yaralandığı bildirilir

Yayımlandı: 24 Sentyabr 2022 12:19

Ermənistan Azərbaycanı təxribat törətməkdə ittiham edib

Sentyabrın 23-ü saat 19:30-dan 23:40-dək Kəlbəcər istiqamətində atəşkəsin pozulduğu bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, atəşkəs Ermənistan tərəfdən pozulub, Kəlbəcərin İstisu və Zəylik yaşayış məntəqələri müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutulub, nəticədə 3 hərbçi yaralanıb.

“Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Rəşad Əmənullayev, Ruhid Rəhimzadə və Cavadov Rəvan yaralanıb”, – deyə nazirlik vurğulayıb.

Məlumatda qeyd olunur ki, yaralılara ilkin tibbi yardım göstərilib və onların həyatı üçün heç bir təhlükə yoxdur.

Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycanı təxribat törətməkdə ittiham edib.

Qurumun yaydığı məlumatda bildirilir ki, Azərbaycan ordusunun bölmələrindən biri dövlət sərhədinin şərq istiqamətində Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərindən birinin arxa hissəsinə keçməyə cəhd göstərib, lakin təxribatın qarşısı alınıb.

“Ancaq qarşı tərəf öz ilkin mövqelərinə geri qaytarılıb. Ermənistan tərəfdən itki yoxdur”, – deyə Ermənistan Müdafiə Nazirliyi bildirib.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button