2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanın bərpaolunan enerji sevdası: perspektivlər və risklər

Yayımlandı: 7 Fevral 2023 19:24

Natiq Cəfərli: “Hökumət atdığı addımın təhlükəli tərəfləri haqqında düşünmür”

Azərbaycan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılması üçün müqavilə imzalayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Baş nazir Əli Əsədovun fikrincə, Azərbaycanda enerji təhlükəsizliyi tam təmin edilib.

Onun fikrincə, Azərbaycan iqtisadiyyatının inkişafı, qeyri–neft sektorunun yüksəlişi ölkəni yeni çağırışlarla üzləşdirir:

“Son illərdə aparılmış islahatların bir hissəsi bərpaolunan enerji istehsalı ilə bağlıdır. Bu sahədə bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpaolunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer alıb. Xarici şirkətlərlə yeni layihələrin imzalanması bu sarıdan atılan ciddi addımdır. Müqavilələr Azərbaycana sərmayə yatırılmasını nəzərdə tutur. Bu da iqtisadiyyata müsbət təsir edəcək, yeni iş yerləri açılacaq”.

Baş nazir həmçinin bildirib ki, bu layihələr Azərbaycanın enerji dayanığlığını təmin edəcək.

İqtisadçı Rövşən Ağayev deyir ki, “ACWA Power” şirkəti ilə əldə olunan razılaşmalara görə, şirkət dənizdə və quruda ümumi gücü 2,5 QVt olan külək elektrik stansiyaları quracaq. Bu, hazırda Azərbaycanın malik olduğu ümumi gücün təxminən üçdə birinə bərabərdir.

İqtisadçı deyir ki, Azərbaycan hökuməti alternativ enerji mənbələri hesablna elektrik enerjisi istehsalını artırmaqla yaxın 10 ildə dünya bazarında böyük həcmə sahib ixracatçıya çevrilməyi düşünür:

“2022-ci ilin nəticələrinə görə, Azərbaycan 1.7 mlrd. kvsaat həcmində və 121,6 mln. dollar dəyərində elektrik enerjisi ixrac edib. Bu bazar çox mürəkkəb və dəyişkən bazardır. Əvvəla, ona görə ki təbii ehtiyatlardan fərqli olaraq alternativ enerji potensialına daha çox ölkə sahibdir və bu bazarda sərt rəqabətin mövcudluğuna geniş meydan verir. Məsələn, təbii sərvətə malik olmayan ölkə alternativ enerji hesabına özünün enerji asılılığını azaltmaq fürsəti qazanır. Almaniya bunun bariz nümunəsidir”.

Rövşən Ağayev

Rövşən Ağayev bildirir ki, digər tərəfdən, yeni texnologiyaların sürətli inkişafı alternativ enerjinin həcmin həddən artıq sürətlə genişləndirməklə yanaşı dəyərini də aşağı salır. Bu bazarın gələcəyini geniş və ciddi iqtisadi və elmi əsaslara söykənən araşdırmalar olmadan proqnozlaşıdırmaq çox çətindir və Azərbaycan hökumətinin yeni elektrik enerjisi gücləri yaratmaq hesabına ölkənin ixrac kanallarını genişləndirməsinin ölkənin valyuta qazanclarına nə dərəcədə töhfə verəcəyini zaman göstərəcək:

“Hazırkı dövr üçün maraqlı olan bəzi məlumatları paylaşmaq istəyirəm. 2021-ci ilin yekunlarına görə, dünya üzrə 2.6 trln. kvsaat həcmində və 147 mlrd. dollar dəyərində elektrik enerjisi ixrac olunub. 1 kvsaat elektrik enerjisinin orta ixrac dəyəri 6 sentə yaxın olub. Amma bu qiymət ayrı-ayrı ölkələr üzrə çox fərqli olub. Məsələn, 1 kvsaat elektrik enerjisinin ixrac qiyməti Belçikada 12 sentə, Fransada 10 sentə, Böyük Britaniyada 13 sentə, Kanadada 5 sentə, Mərakeşdə 7 sentə yaxın olub”.

İqtisadçı deyir ki, ölkələrin elektrik enerjisi ixracından gəlirləri də fərqlidir. Məsələn, Fransa 7 mlrd. dollardan artıq, Estoniya isə 600 mln. dollara yaxın ixrac gəliri əldə edib.

Başqa bir iqtsiadçı Natiq Cəfərli isə düşünür ki, hökumət atdığı addımın təhlükəli tərəfləri haqqında düşünmür, bu haqda danışmır:

“Bununla belə, beynəlxalq güc mərkəzlərinin gündəliyini həyata keçirməyə çalışır. Təhlükə isə ondan ibarətdir ki, əgər pararlel olaraq məmləkətdə bu sahədə ciddi mütəxəssislər yaranmasa və detalların istehsalı, proqram təminatı ilə bağlı yerli müəssisələr olmasa, bir müddətdən sonra bu sahədə də xaricdən ciddi asılılığımız yaranacaq”.

İqtisadçı Natiq Cəfərliİqtisadçı Natiq Cəfərli

İqtisadçının deyir ki, bu sahədə istehsal texnologiyaları, proqram təminatı, detalların istehsalında lider ölkələr var.  Onların da marağındadır ki, inkişaf etməkdə olan ölkələri “bərpaolunan enerji iynəsinə” otuzdursunlar:

“Enerji bizim ərazidə istehsal olunub xaricə valyuta ilə satılsa da, sonradan həmin valyutanın böyük bir hissəsi xarici mütəxəssislərə maaş kimi, avadanlıq istehsalçılarına və proqram təminatçılarına ödəniş kimi geri, elə həmin inkişaf etmiş ölkələrin şirkətlərinə ödəniləcək. Bu gün Qərbin inkişaf etməkdə olan ölkələrdən necə neft-qaz asılılığı varsa, sabah neft-qaz ölkələrinin onlardan avadanlıq, detal, proqram təminatı və mütəxəssislər asılılığı yaranacaq”.

Natiq Cəfərlinin fikrincə, bu sahədə ixtisaslaşmış böyük və nüfuzlu xarici Universitetlərin məmləkətdə filialları açılmalı, müasir kampusları, labaratoriyaları olan, bilikli müəllimlər dərs deyən Ali Məktəblər yaradılmalıdır. Pararlel olaraq xarici tərəfdaşlarla birgə istehsal müəssisələri qurulmalı, həmin zavod-fabriklər dövlət tərəfindən uzunmüddətli və çox aşağı faizli kreditlərlə təmin edilməlidir:

“Əgər bu işlər pararlel olaraq görülməsə, Azərbaycanın bərpaolunan-alternativ enerji sevdası məmləkət üçün valyuta qazanan deyil də, növbəti dəfə valyuta çıxaran, asılılıq yaradan sahəyə çevriləcək…”.

Energetika naziri Pərviz Şahbazovun fikrincə, bu addım Azərbaycanda bərpaolunan enerji sahəsində yeni inkişaf mərhələsinin başlanğıcıdır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button