Loading...
Loading...
Xəbərlər

Azərbaycanın dağlıq rayonlarına güclü qar yağıb

Bakı/22.12.21 Dekabrın 21-i gündüzdən 22-si səhərədək ölkə ərazisində bəzi yerlərdə yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensivləşib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, qar örtüyüyün hündürlüyü Gədəbəydə 28 sm, Ləzə (Qusar) , Qrızda 25 sm, Daşkəsəndə 22 sm, Xınalıqda 17 sm, Qusarda 15 sm, Göygöldə 14 sm, Xaltanda 13 sm, Sarıbaşda 9 sm, İsmayıllıda 8 sm, Ağdərədədə (Ordubad) 7 sm, Altıağacda 6 sm, Qubada 5 sm, Qobustan, Şamaxıda 4sm, Şərurda 2 sm, İsmayıllı, Kişçayda (Şəki) 1sm olub.

Məlumata görə, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5°-dək isti, aran rayonlarında 5°-dək isti, dağlıq rayonlarda 2-5° şaxta, yüksək dağlıq ərazilərdə 7-10° şaxta Naxçıvan MR-da 0-3° şaxta olub.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti dekabrın 21-də yaydığı məlumatda  dekabrın 23-24-də Bakıda hava şəraitinin dəyişəcəyini, sulu qar və qar yağacağını bildirmişdi. -05D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button