2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanın dövlət büdcəsində neftin qiyməti artırılır

İqtisadçı: “Büdcəni böyüdən əsas amil yüksək inflyasiyadır”

Azərbaycanın 2022-ci il dövlət büdcəsində neftin qiyməti artırılır.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda büdcədə “Azeri Light” markalı neftin bir bareli 50 ABŞ dolları məbləğində götürülüb.

Hazırda isə dünya bazarlarında neftin 1 bareli 100 dollardan baha satılır.

Neftin bazar qiymətinin bahalaşmasına səbəb fevralın 24-dən başlayan Rusiya-Ukrayna müharibəsidir. Odur ki, büdcədə neftin 1 bareli üçün nəzərdə tutulan 50 dolların 35 dollar artırılaraq 85 dollara çatdırılması nəzərdə tutulur.

Büdcəyə dəyişikliklə bağlı layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə edilib.

Layihədə büdcənin gəlir və xərclərinin də artırılması nəzərdə tutulub.

Hazırki sənəddə gəlirlər 26 mlrd. 816 mln. manat, xərcləri isə 29 mlrd. 879 mln. manat proqnozlaşdırılıb.

Müzakirəyə çıxarılan layihədə isə gəlirlər 29 mlrd. 198 mln. manat, xərclər 32 mlrd. 304 mln. manat müəyyən edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili müzakirələr zamanı deyib ki, bu ilin beş ayında Azərbaycan neftinin orta ixrac qiyməti bir barelə görə 106.3 dollar təşkil edib.

Hazırda isə Azərbaycan neftinin bir bareli 120 dollardan yüksəkdir.

İqtisadçı Rövşən Ağayev də deyir ki, büdcə gəlirləri təsdiqlənmiş variantla müqayisədə təxminən 9 faiz və ya 2.3 mlrd. manat artırılır.

Onun fikrincə, büdcəni böyüdən əsas amil yüksək inflyasiyadır:

“Bu faktı elə gömrük yığımlarına münasibətdə aydın görmək olur. Yeni büdcədə gömrük orqanlarına 335 mln. manat əlavə öhdəlik müəyyən edilib. 2022-ci ilin 4 ayının nəticələrinə görə isə gömrük idxalı real ifadədə 5 faiz azaldığı halda, qiymət artımı nəticəsində nominal ifadədə 20 faiz artıb”.

İqtisadçı bildirir ki, bu fakt təkcə idxal mallarının bahalnmasından il ərzində ciblərdən 400 milyon manata yaxın əlavə pul çıxaracağını göstərir:

“Yeri gəlmişkən, Azərbaycanın istehlak bazarının idxaldan yüksək asılılığı var. Bu asılılığın səviyyəsini nəzərə alanda idxalın real həcminin azalması ev təsərrüfatlarının alıcılıq qabiliyyətinin azalmasından dolayı tələbin azalmasına işarə edir. Yəni statisitkanın yüksək artm rəqəmlərinə baxmayaraq əhalinin rifahı pisləşir. Azərbaycanda kəmiyyətcə iqtisadi böyümənin həyat səviyyəsilə əlaqəsinin indiki səviyyədə itməsi son 15 ildə müşahidə edilməmişdi”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button