Loading...
Loading...
Xəbərlər

Azərbaycanın müdafiə nazirinin İrana səfəri barədə

Bakı/26.01.22 Tehranda səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov iranlı həmkarı Məhəmməd Reza Aştiani ilə danışıqlar aparıb.

Görüş zamanı “Aştiani iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində münasibətlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb”, IRNA agentliyi məlumat verib.

“İranla Azərbaycan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi xüsusi geosiyasi vəziyyət səbəbindən çox vacibdir. Hər iki ölkənin hərtərəfli əlaqələrinin genişləndirilməsi üçün böyük potensialı və imkanları var”, – o qeyd edib.

Öz növbəsində Zakir Həsənov Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İran rəhbərliyinə təşəkkürünü bildirib. O, İranın müdafiə sənayesilə maraqlanıb və Əştianini Bakıya dəvət edib, İRNA agentliyi bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti isə bildirib ki, tərəflər hərbi əməkdaşlığın inkişafı istiqamətində Azərbaycan və İran Müdafiə nazirliklərinin birgə qrupunun fəaliyyətini, həmçinin ikitərəfli saziş əsasında həyata keçirilən tədbirləri müzakirə ediblər.

Hərbi, hərbi-texniki və hərbi-tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili barədə fikir mübadiləsi aparılıb. Tərəflər görüşün yekunlarına dair protokol imzalayıblar. -02D-

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun