2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanın peyk xidmətlərindən  gəliri azalıb

2022-ci ilin iyun ayında isə “Azərkosmos” dünyanın 32 ölkəsinə 2,3 mln. dollar dəyərində xidmət ixrac edib

Saytların yığılması Saytlarin yigilmasi

Bu ilin yanvar-iyun aylarında “Azərkosmos” dünyanın 34 ölkəsinə 13,1 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, 2021-ci ilin uygun göstəricisi ilə müqayisədə peyk operatorunun əldə etdiyi gəlir 8,9 mln. dollar və ya 40,4 faiz azalıb.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib.

2022-ci ilin iyun ayında isə “Azərkosmos” dünyanın 32 ölkəsinə 2,3 mln. dollar dəyərində xidmət ixrac edib.

Gəlirin azalmasına, hələlik, “Azərkosmos” açıq səhimdar cəmiyyətinin (ASC) özündən münasibət almaq mümkün olmayıb.

Azərbaycan hazırda iki telekommunikasiya peykinə malikdir.

Xatırlatma

“Azərkosmos” 2010-cu ildə təsis edilib. Onun idarəçiliyində ilk peyk – “Azerspace-1” 2013-cü ildə Fransız Qvianasında yerləşən Kuru kosmodromundan bu ölkənin “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi vasitəsilə 46° şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Peyki ABŞ-ın “Orbital Sciences” korporasiyası istehsal edib.

“Azərkosmos” 2014-cü ildə Azərbaycan və Fransa arasında imzalanan müqaviləyə əsasən sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykini təhvil alıb. “Azerspace-2“ 2018-ci il sentyabrın 26-da 45° şərq uzunluğu orbital mövqeyinə buraxılıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button