Loading...
Loading...
Xəbərlər

Azərbaycanın Qazaxıstandakı səfirliyi adi rejimdə fəaliyyət göstərir

Bakı/08.01.22 Azərbaycanın Qazaxıstandakı səfirliyi ştat rejimində fəaliyyətini davam etdirir. Bunu diplomatik missiyadan bildiriblər.

Səfirlik Qazaxıstanın paytaxtından Almatıdakı diplomatik missiyanın ofisi, Aktaudakı Baş Konsulluq və diaspor təşkilatları ilə müntəzəm əlaqə saxlayır. İnsident zamanı zərər çəkmiş Azərbaycan vətəndaşları ilə bağlı səfirliyə heç bir məlumat daxil olmayıb.

Səfirlik Qazaxıstandan xaricə uçuşların dayandırılması ilə əlaqədar ölkəyə qayıtmaq imkanı olmayan Azərbaycan vətəndaşlarından daxil olan müraciətləri cavablandırır.

Onlara lazımi məlumat və tövsiyələr verilir.

Azərbaycan vətəndaşları səfirliklə aşağıdakı telefonlarla əlaqə saxlaya bilərlər: +7780002838; +7 7172 75 55 27.—06Â-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button