Now Reading:
Azərbaycanın rəsmi qurumları çeçen qadınla bağlı dəqiqləşdirmə aparır

Xəbər verdiyimiz kimi, Yeni il bayramı ərəfəsində Goranboy rayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən 104 yaşlı qadının kimliyi və harada qeydiyyatda olması müəyyənləşməyib. 104 yaşlı qadın özünü Mədinə Əliyeva kimi təqdim etsə də, Dağıstan və Çeçenistanda bu ad və soyadlı adamın qeydiyyatda olmadığı söylənilib. Eyni zamanda, Azərbaycanın Daxili İşlər Nazirliyi Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparıb, həmin şəxsin ölkəyə giriş-çıxışının olmadığı bəlli olub.

Modern.az saytı məsələ ilə bağlı məlumat əldə etməyə çalışıb.

Qıdnın tapılandan sonra yerləşdirildiyi sığınacağın məxsus olduğu “Təmiz Dünya” ictimai birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, 104 yaşlı qadın bir neçə fikir söylədiyindən dəqiq bir məlumat ortaya qoya bilmirlər.
“104 yaşlı Mədinə Əliyeva deyir ki, o, Çeçenistan vətəndaşıdır və ora getmək istəyir. Bu, qadının istəyidir. Bu qadının üzərində sənədləri yoxdur. Görünür, illərdir ki, heç bir sənəd almayıb. Üzərində sovetdənqalma bir kağız var. Maraqlıdır ki, bu vaxta qədər buna heç bir sənəd verilməyib. Qadın Azərbaycan, rus, çeçen dillərində çox yaxşı danışır. Dəqiq bir məlumat da vermir ki, biz ona uyğun hərəkət edək. Deyirlər ki, guya İrana müalicəyə gedirmiş, bir oğlan onu Goranboya gətirib. Qadın özü fərqli fikirlər söyləyir. Qadınla maraqlanan, yardım etmək istəyənlər var. Əsasən mətbuat daha çox maraqlanır. Qadının yaşına görə bir çox suallar cavabsız qalır. Biz Çeçenistanla əlaqə saxladıq. Oradan belə bir qadının qeydiyyatda olmadığını dedilər. Nə Rusiyada, nə də Azərbaycanda qeydiyyatda olub. Dünən millət vəkilləri Aydın Mirzəzadə, Hikmət Məmmədov və Flora Qasımova 102 yaşlı qadınla görüşüb. Daha doğrusu, qadınla görüşmək təşəbbüsü Aydın Mirzəzadədən gəldi. Mən də deputatların görüşməsi üçün köməklik göstərdim”.

Dünən qadınla görüşən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, qadının dediyinə görə, dəfələrlə Azərbaycanda olub.

“Qadını polis əməkdaşları Goranboyda tapıblar. Onu xəstəxanaya yerləşdiriblər. Bir gün orada qalandan sonra Bakıya gətiriblər. “Təmiz Dünya” ictimai birliyinin sədri Mehriban Zeynalovanın sığınacağına gətiriblər. Lakin qadının sığınacaqda qalması mümkün olmadığından sonradan Bakıdakı “Tereza Ana” adlı sosial sığınacağa gətiriblər. Əlində bir kağız var. Dediyinə görə Dağıstandandır. 3 ildir ki, ordan çıxıb. Bu 3 il ərzində harada olması maraqlıdır. Dediyinə görə il yarım İranda olub və ordan da Azərbaycana gəlib. Azərbaycan, rus, çeçen dilində çox yaxşı danışır. Dediyinə görə dəfələrlə Azərbaycanda olub. Çeçenistan tərəfi günü bu gün də qadını yerləşdirməyə hazırdır. Sadəcə, Azərbaycan tərəfi dəqiqləşdirmə aparır”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.