Loading...
Loading...
Xəbərlər

Azərbaycanın şimal bölgəsində güclü qar yağıb

Bakı/23.12.21 Milli Hidrometeorologiya Xidməti dekabrın 23-ü günorta Azərbaycanda  hava şəraiti barədə məlumat yayıb. 

Məlumata görə, ki, soyuq hava kütlələri Azərbaycana şərqdən daxil olduğu üçün intensiv və güclü yağıntılar əsasən Quba-Qusar bölgəsində qeydə alınıb.

Məlumatda qar örtüyünün hündürlüyü Qrız-Qudyalçayda 20 santimetr, Daşkəsəndə 15 santimetr, Xınalıqda 15 santimetr,  Göygöldə 13 santimetr, Quba, Qusar, Xaltanda 10 santimetr, Ağdərə (Ordubad), Sarıbaşda (Qax) 8 santimetr, Altıağacda 6 santimetr, Şabranda 3 santimetr olub.

Milli Hidrometeorologiya Xidməti soyuq, yağıntılı hava şəraitinin dekabrın 25-dək davam edəcəyini bildirir.-05D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button