Xəbərlər

Azərbaycanın şimal rayonlarında qar yağıb

Loading...

Bakı/26.10.21  Oktyabrın 25-də axşam saatlarından başlayaraq Azərbaycanın şimal rayonlarında hava şəraiti kəskin şəkildə dəyişib, qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya xidmətinin məlumatında deyilir ki, Quba rayonunun Qrız kəndində qar örtüyünün qalınlığı 23 santimetr, Xınalıqda  16 santimetr, Xaltanədə  3,5 santimetr olub.

Qusar rayonunun Yasab kəndində qar örtüyünün hündürlüyü 2 santimetr, Xızı rayonunun Altıağac kəndində isə 1 santimetr olub.

Sözügedən yerlərdə şaxtalı hava şəraiti hökm sürür.

Qrız kəndində havanın temperaturu mənfi altı dərəcəyə enib. -05D-

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button