Loading...
Loading...
İqtisadiyyat

Azərbaycanın xarici dövlət borcu ÜDM-nin 21%-i həcmindədir

1 aprel 2016-cı il tarixinə xarici dövlət borcu barədə məlumat açıqlanıb.

Maliyyə Nazirliyindən verilən məlumata görə, bu ilin aprelin 1-nə Azərbaycanın xarici dövlət borcu 7 milyard 448,7 mln. ABŞ dolları (11 milyard 486,6 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21% təşkil edib.

“Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcunun 82,3%-i əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və 17,7%-i beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib”, – məlumatda belə deyilir.

Gözdən qaçırmayın:  "Dilənçiyə" çevrilirlər: 84 milyard dollar zərər, siyahıda Ələkbərov da var
Back to top button