
NOVRUZ MƏMMƏDOV BAŞ NAZİR OLACAQ
Aprelin 21-də Milli Məclisin plenar iclası keçiriləcək. İclasda yeni Baş nazirin təsdiqlənməsi ilə bağlı məsələsinin müzakirə ediləcəyi bildirilir. 24saat.org saytının əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin bu posta Novruz Məmmədovun namizədliyini irəli sürüb.
Xatırladaq ki, buna qədər Novruz Məmmədov I dərəcəli dövlət müşaviri, Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.
24saat.org