Xəbərlər

Azərbaycanla İsrail hərbi-texniki əməkdaşlığı müzakirə ediblər

Noyabrın 20-də İsrailin müdafiə naziri Benyamin Qantzla Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinə istinadla “Turan” İnformasiya Agentliyi məlumat yayıb.

Məlumata görə, israilli nazirin təşəbbüsü ilə baş tutan telefon danışığında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

İsrailin müdafiə naziri Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə minnətdarlığını bildirib-məlumatda deyilir.

Azərbaycanın İsraildə səfirliyi təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin noyabrın 18-də keçirilən iclasının gündəliyinə əlavə edilən “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

İsraillə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelindən başlayıb. 1993-cü ilin avqustunda Azərbaycanda İsrailin səfirliyi açılıb. Buna baxmayaraq, İsraildə Azərbaycanın səfirliyi indiyə qədər olmayıb.

Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) isə Təmsilçilik Ofisi təsis edilir.

Bu barədə məsələ də parlamentin noyabrın 18-də keçirilən iclasında qəbul edilib.

2011-ci ildə Bakıda Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin rəsmi açılışı olub. Lakin Fələstində Azərbaycanın səfirliyi yoxdur.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Zaporojye AES ərazisində partlayışlar olduğu bildirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button