Azərbaycanla Kamerun futbolçuları qolsuz ayrıldılar
Bu gün, mayın 8-i IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları başlanıb.
A qrupu çərçivəsində Səudiyyə Ərəbistanı millisi Mərakeş komandasına 0:1 hesabı ilə məğlub olub.
Azərbaycan isə Kamerun millisi ilə qarşılaşıb. Bu oyun 0:0 başa çatıb.
IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında 8 komanda iştirak edir.
B qrupunda isə Türkiyə, Əlcəzair, Oman və Fələstin yığma komandaları yarışırlar.
Əlcəzair Türkiyə millisini 2:1 hesabı ilə məğlub edib.Fələstinlə Oman isə 1 xalla kifayətlənməli olub.Bu oyun isə 2:2 hesabı ilə başa çatıb.
«Bakı-2017»nin futbol yarışında hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan ibarət formalaşdırılıb. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə cəlb edilib.
Sabah, mayın 9-u isə həndbol oyunları başlayacaq.
IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi isə mayın 12-də olacaq.
Mayın 22-nə kimi davam edəcək yarışlarda 50-dən çox ölkənin 3 minə kimi idmançısı iştirak edəcək. Yarışlar 20 idman növü üzrə keçiriləcək.
24saat.org
Mənbə – azadliq.org